FacebookMySpaceTwitterDiggDeliciousStumbleuponGoogle BookmarksRedditNewsvineTechnoratiLinkedinMixxRSS Feed

Stockholmda ilaxır çərşənbə axşamı keçirildi

Son-charshebe2011-ci il mart ayının 15-də İsveçdə fəaliyyət göstərən AFİ (Azərbaycan Federasiyası İsveç)-nin təşkilatçılığı ilə 500 nəfərə yaxın Güneyli və Qüzeyli həmvətənlərimizin iştirakı ilə İsveçin paytaxtı Stockholmda ilaxır çərşənbə axşamı keçirildi. Gecəni giriş sözü ilə açan AFİ sədri Səttar Sevigin əvvəlcə gecəyə toplaşan vətəndaşlarımıza xoş gəldin deyərək,  Novruz bayramının və xsusi ilə də çərşənbələrin Azərbaycan xalqınnın lap qədim adət və ənənələrindən olduğunu dilə gətirdi.

Səttar bəy bu yeni ildə Qüzey Azərbaycanımıza demokratiya ilə yanaşı daha böyük nailiyyətlər arzuladı. Azərbaycanın Güneyinin isə daha fərqli vəziyyətdə yaşamasını dilə gətirən natiq, oradakı insanlarımıza Ana dilimizin rəsmiləşdirilməsi sahəsində gördüyü əzmkarlığa görə təşəkkürünü bildirərək, nəhayət orda da haqqın və ədalətin bərpa olunmağını arzuladı. Daha sonra lap Azərbaycandakı kimi insanlarımız od üstündən tullanaraq ağırlıqlarını keçən ildə qalmağını dilədilər. Xalqımız yumurta döyüşdürüb, isti kabab yeyib çay-qəhvə  içərək şənləndilər. İsveçdə doğulmuş və ya lap kiçik yaşlarında bura gəlmiş balacalarımız da doyunca əyləndilər. Urfan və Gursel Həsənlilərin məlahətli ifaları ilə rəqs edib yallı getdilər. Gecəni bir neçə İsveç mətbuatının nümayəndələri də izlədilər. Gecə çox böyük ruh yüksəkliyi ilə başa çatdı.

 Aşağıdakı link vasitəsi ilə gecədən hazırlanmış videosujetə baxa bilərsiniz:

 

Şərh yazın

SmileCoolCrying or Very SadEmbarrassedA Smoker/Foot in mouthSadUser is an angel (at heart, at least)A Kiss/Lips Are SealedLaughingBiting one's tongue/Put Your Money Where Your Mouth IsBeen Smacked In The Mouth/Wears A Brace/My lips are sealeSurprisedSticking Out TongueConfusedWinkYelling
Ad:
Mövzu:
Şərhlər:
flag-azerbaijan flag-turkiye  flag-sweden flag-britain



   Sefirlik-logo

    forum-logo

   Isvec-Postasi

Free business joomla templates