FacebookMySpaceTwitterDiggDeliciousStumbleuponGoogle BookmarksRedditNewsvineTechnoratiLinkedinMixxRSS Feed

Qondarma erməni soyqırımı ilə bağlı AFİ Fransaya etiraz etdi

sarkoziYeni ildən bir neçə gün öncə Fransa parlamentində bir qanun təsdiqlənmişdir. Bu qanun əsasında qondarma erməni soyqırımın inkar etmə bir il zindan və ya üç yüz min isveç  kronu ilə (30 min ero məbləğində)  cərimələnəcəyi qərara alınıb. Bu qərara etiraz üçün Azərbaycan İsveç Federasiyasının (AFİ) başqanı Səttar Sevgin və İsveçdəki Atatürk Düşüncə Cəmiyyətinin başqanı Mustafa bəy birlikdə Fransanın Stokholmdakı Səfriliyinə getmişdirlər. Fransa səfirliyində onlar səfir müşaviri ilə 3 yanvar 2012-ci ildə saat 15:00-da görüşmüşdürlər.

 Görüş yarım saat davam etmiş, S.Sevgin Fransa parlamentinin aldığı qərara etiraz olaraq qeyd etmişdir ki, söz azadlığı demokratiyanın əsas təməli sayılır, insanların fikrinə görə onlara cinayət işi qaldırmaq bu təməllə üst-üstə düşmür. Bir azad ictimaiyyətdə gərək ki, insanlar qorxmadan tarixi hadisələri və fikirləri sual altına aparalar. Bilgisizliklə mübarizə ancaq təlim-tərbiyənin  keyfiyyətin qaldırmaq və düzgün informasiya yaymaqla mümkün olar. Parlamantdə qanun təsdiqləməklə yox. O, əlavə edərək xatırlatmışdı ki, Qarabağla bağlı Fransa Minsk qrupunun başqanıdır. Amma təəssüf ki, Fransa qondarma soyqırımına göstərdiyi marağı Qarabağın işğalı ilə bağlı məsələlərdə göstərmir. Yaxşı olar Fransa bunu nəzərə ala ki, Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən işğal olunub və bir milyondan artıq Azərbaycanda müharibə qaçqını yaşayır. Bu faktlara dayanaraq biz Fransadan bu insani tələbi edirik ki, Qarabağ probleminin həllində aktiv rol götürə. Söhbətin sonunda Türk və Azərbaycan örgütlərnin  tərəfindən imzalanmış bir etiraz məktubu səfir müşavirinə verilmişdir.

 

Şərh yazın

SmileCoolCrying or Very SadEmbarrassedA Smoker/Foot in mouthSadUser is an angel (at heart, at least)A Kiss/Lips Are SealedLaughingBiting one's tongue/Put Your Money Where Your Mouth IsBeen Smacked In The Mouth/Wears A Brace/My lips are sealeSurprisedSticking Out TongueConfusedWinkYelling
Ad:
Mövzu:
Şərhlər:
flag-azerbaijan flag-turkiye  flag-sweden flag-britain



   Sefirlik-logo

    forum-logo

   Isvec-Postasi

Free business joomla templates