FacebookMySpaceTwitterDiggDeliciousStumbleuponGoogle BookmarksRedditNewsvineTechnoratiLinkedinMixxRSS Feed

Yöteburqda 8 Mart Qadınlar bayramı

8Mart2011 bayramAzərbaycan Federasiyası – İsveç (AFİ) 06.03.2011 tarixdə Yöteburq şəhərində 8 Mart Qadınlar bayramı münasibətilə yenidən geniş bir tədbir keçirdi. 2010-cu ildə  olduğu kimi, bu il də tədbir yüksək düzeydə olmuş və xanımlar, öz dediklərinə görə, gerçək bir bayram günü yaşamışlar.

80-ə yaxın Azərbaycan xanımının qatıldığı bu tədbir dörd saatdan artıq davam etmiş və yaddaqalan bir tədbir kimi dəyərləndirilmişdir.   

Rəsmi bölümü açan Bəyim xanım Rəhimova tədbirə qatılan və qatılmayan bütün Azərbaycan xanımlarını təbrik etdi, AFİ-nin təbriklərini yetirdi və belə bir tədbirin keçirilməsinə yenidən şərait yaratmış AFİ-yə xanımlar adından təşəkkürlərini bildirdi. Fürsətdən yararlanaraq, o, Yöteburqda keçiriləcək sonrakı tədbirlər, özəlliklə xanımların şirniyyat bişirmə yarışı və Novruz bayramı haqqında məlumat verdi.

Əfsanə xanım Bilgin Azərbaycan xanımlarını təbrik etdikdən sonra 8 Mart bayramının qısa tarixçəsinə toxundu, bu bayramla bağlı öz münasibətini bildirdi və Azərbaycan xanımlarının mübarizliyini vurğuladı.

Sonra Əxtər xanım Fərzanə qadınlara aid gözəl bir şeir söyləyərək xanımları təbrik etdi.

Tədbirin yeməkli-musiqili əyləncə bölümü öz səmimiliyi və xanımların yüksək aktivliyi ilə seçildi. İştirakçıların tədbirlə bağlı düşüncələri  belə ümumiləşdirilə bilər: çox səmimi və yaddaqalan bir bayram oldu.

Şəkilləri böyük ölçüdə görmək üçün yükləyin

8Mart2011 bayram

8Mart2011 bayram1

8Mart2011 bayram2

8Mart2011 bayram3

 

Şərh yazın

SmileCoolCrying or Very SadEmbarrassedA Smoker/Foot in mouthSadUser is an angel (at heart, at least)A Kiss/Lips Are SealedLaughingBiting one's tongue/Put Your Money Where Your Mouth IsBeen Smacked In The Mouth/Wears A Brace/My lips are sealeSurprisedSticking Out TongueConfusedWinkYelling
Ad:
Mövzu:
Şərhlər:
flag-azerbaijan flag-turkiye  flag-sweden flag-britain



   Sefirlik-logo

    forum-logo

   Isvec-Postasi

Free business joomla templates