Quzey Azərbaycanın başkəndi Bakı şəhərində 4 İyul 2011 tarixində Dünya Azərbaycanlıları Qurultayının 3.cü toplantısı Azərbaycan himninin səsləndirilməsi ilə işə başlayıb və ardından ilk çıxışçı olaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyev tribuna çıxmışdır.
Prezident öz çıxışında bir çox məsələni irəli sürüb, biz Güney Azərbaycanlıları maraqlandıran bir neçə önəmli məsələni vurğuladı:
Ətraflı: Azərbaycan Federasionu İsveç –AFİ 3.cü Dünya Azərbaycanlıları Qurultayında nümayəndə heyəti ilə...
2 iyun 2011-ci ildə İsveçdəki Azərbaycan Federasiyasının dəvəti ilə İran Səfirliyinin qarşısında etiraz aksiyası keçirilmişdi. İranın Azərbaycanın daxili işlərinə qarışması və terrorizmi müdafiə etməsini iştirakçlar pisləmişdilər. Aksiya şəkillərini burdan izləyə bilərsiniz.
Artıq 2-ci ildir ki, AFI hər il Stokholmun Kral bağçasında (Kungsträdgården) 23Nisan Evrensel Cocuk bayramı münasibətilə keçirilən tədbirdə qatıldı. Aprel ayinin 17-də keçirilən bu gündə AFİ də digər türk nümayəndələrinin də qatıldığı tədbirdə vətənimizi təmsil etmişdir.
AFİ Türk federasiyalarının da qatıldığı Avropa parlamentində təşkil olunan 2 günlük görüşdə iştirak etmişdir.
10.IV.2011
Ətraflı: Avropa Parlamentindəki görüşə AFİ də qatıldı
Azərbaycan Federasiyası – İsveç (AFİ) 06.03.2011 tarixdə Yöteburq şəhərində 8 Mart Qadınlar bayramı münasibətilə yenidən geniş bir tədbir keçirdi. 2010-cu ildə olduğu kimi, bu il də tədbir yüksək düzeydə olmuş və xanımlar, öz dediklərinə görə, gerçək bir bayram günü yaşamışlar.
Azərbaycan Federasiyası İsveç AFİ-nin fəaliyyətlərini davam etdirir! 20 yanvar 21-ci ildönümü, milli faciə və milli oyanış günü kimi İsveç Azərbaycan Fedarsiyası AFİ tərəfindən qeyd ulundu. Silahlı rus sovet ordusunun əliyalıq xalqı kütləvi surətdə qırdığı Qanlı 20 Yanvar işğalçı hakim imperiyalara qarşı dinc dirənişin rəmzi kimi Azərbaycan tarixinə daxil olmuş və bütün azərbaycanlıların ortaq milli dəyərinə çevrilmişdir.