Son günlərdə xəbərlərdə yayıldığı kimi İran rasist və şovenist dövləti Güney Azərbaycanda geniş çapda tutuqlama və boğanaq dalğası yaradaraq aktiv və çalışqan soydaşlarımızdan bəzilərini tutuqlamışdır.
Güney Azərbaycan yeni şer və ədəbiyyatı sahəsində böyük izlər buraxmış şair və yazar cənab Səid Muğanlı , milli çalışqan və insan haqları savunucusu və müdafiəçisi cənab Səid Nəimi , universitet öyrətməni və müəllimi cənab Əlirza Fərşi və onun həyat yoldaşı Sima Didar ,
urmu gölünün qurumasına etiraz kampaniyasında Təbriz şəhərində tutuqlanan və qamçılanaraq cəzalandırılan milli fəallar cənablar Əli Səlimi, Cəlil Ələmdar Milani, Səid Siyami, Hoccət Muxtarzadə və Həbib Purvəli , sadəcə bizim bildiyimiz və mediada adları çəkilmiş soydaşlarımızdan bəziləridirlər.
İran dövlətinin Azərbaycan Türk millətinə qarşı yeritdiyi rasisti və şovenisti siyasətlər son 80 ildən bəri davam etməkdədir, bu ağır və qeyri insani basqı və zülm nəticəsində indiyə kimi minlərlə Azərbaycanlı şəhid, didərgin və əsir olubdur.
Biz AFİ olaraq İran dövlətinin millətimizə və insanlığa qarşı apardığı bu çirkli və qeyri insani siyasətlərini qınayıb və buna qarşı öz etirazlarımızı bildiririk.
İran rasist dövlətinin Güney Azərbaycan Türk millətinə qarşı apardığı siyasətləri Avropada və özəlliklə də İsveçdəki topluma aydınlatmaq adına AFİ yaxın zamanda çeşidli kampaniyalar və görüşlərin keçirəcəyini elan edir. Olsun kim dünyada hələdə bizim millətin İrandakı ağır durumda olduğunu bilməyən və bilgisiz qalan haqq sevər insanlar bilgilənib və İranın məkrli siyasətləri ifşa edilsin.
Sonda isə bütün tutuqlanan mübariz və haqq sevər soydaşlarımızı bu ağır və qutsal yolda usanmadan çalışdıqları üçün bir daha qutlayıb və onlara öz səmimi salamlarımızı göndəririk.
Azərbaycan Federasionu İsveç-AFİ
Təbliğat və Yazıçılık bürosu
Stockholm-İsveç 2011-06-22


