FacebookMySpaceTwitterDiggDeliciousStumbleuponGoogle BookmarksRedditNewsvineTechnoratiLinkedinMixxRSS Feed

Azərbaycan Federasionu İsveç-AFİ Norveçdə yaşanan insanlıq dışı terror əməliyyatını qınayır və Norveç milləti habelə dövlətinə başsağlığı diləyir

Norvecdeki20terror20emeliyyatlarini20qinayirikTerror hər yerdə və hər kəsin və ya qrupun vasitəsilə həyata keçirilirsə məhkumdur və qınaq gətirən əməldir.

Bu dəfə terrorun hədəf aldığı ölkə gəlişmiş və inkişaf etmiş Avropa ölkələrindən biri olan Norveç oldu, bu olay göstərdi ki terrorun dini, dili və irqi olmaz, terror hər yerdə və kəs və ya qrupun əli ilə həyata keçə bilər.

Norveç dramının baş aktoru xəbərlərdə yazıldığı kimi bir ultra irqçi və ultra dinçi gənc olmuşdur, bu isə özü özlüyündə çox geniş bir mübahisənin qapılarını bizim üzümüzə aça bilər.

Son zamanlar Avropa və Amerika Birləşmiş Ştatları hər sözü gəldiyində İslam aləminə və Müsəlmanlara toxunaraq ultra İslamçılıq və İslami fanatizmdən dəm vururdular, Norveç olayı isə göstərdi ki terrorun nə dini nə də dili olmaz, terror təkcə İraqda, Əfqanıstanda və ya Orta Doğuda deyil Avropanın ən barışcıl və sakin ölkələrindən biri sayılan Norveçdə də baş verə bilər, terrorçular isə Əl-Qaidənin qara çarşablı fanatik İslamçı militanları yerinə sarı saçlı mavi gözlü Xristian dinli biri olur.

Azərbaycan Türk milləti illər boyu dur ki bu tərz terrorçuluqla üz üzə dayanır, Quzeydə Erməni vandallarının törətdiyi faciələr və Güneydə İran dövlətinin rəsmi terrorçuluğu.

Biz Azərbaycan Federasionu İsveç-AFİ olaraq terroru hər yerdə və hər tərzdə qınayır və məhkum edirik, ümid edirik gələcəkdə bu tərz insanlıq dışı olaylara şahid olmayıb və bütün dünyada barış və sülhün səmərə verdiyini yaxından hiss edək.

Sonda isə öz adımızdan Norveç milləti və dövlətinə başsağlığı diləyib və belə olayların bir daha ortaya gəlməməsini ürəkdən arzu edirik.

Azərbaycan Federasionu İsveç-AFİ

Stockholm-İsveç 25.07.2011

 

Şərh yazın

SmileCoolCrying or Very SadEmbarrassedA Smoker/Foot in mouthSadUser is an angel (at heart, at least)A Kiss/Lips Are SealedLaughingBiting one's tongue/Put Your Money Where Your Mouth IsBeen Smacked In The Mouth/Wears A Brace/My lips are sealeSurprisedSticking Out TongueConfusedWinkYelling
Ad:
Mövzu:
Şərhlər:
flag-azerbaijan flag-turkiye  flag-sweden flag-britain



   Sefirlik-logo

    forum-logo

   Isvec-Postasi

Free business joomla templates