FacebookMySpaceTwitterDiggDeliciousStumbleuponGoogle BookmarksRedditNewsvineTechnoratiLinkedinMixxRSS Feed

Martın 8-i Dünya qadınlar günü qutlu olsun!

logo afi_Son_yazisizMartın 8-i dünya qadınlar günü təkcə dünya qadınları üçün deyil , bütün insanlıq üçün önemli gün sayılmaqdadır. Yer küresinin toplam cemiyyetinin 50% nı oluşduran qadınlar, son döneme qeder toplumlar terefinden sıxışdırılıb ve ikinci dereceli varlıqlar kimi hesaba gelmişdirler.

Ətraflı: Martın 8-i Dünya qadınlar günü qutlu olsun!
 

2012 Eurovision melodi festivali ilə bağlı bir uyarı!

euro-vision-22012-ci il Eurovision melodi festivalına saylı aylar və günlər qalır. Dünyanın ilgi və diqqətini çəkən bu böyük festival, yurdumuz Azərbaycanın geniş və qapsamlı şəkildə tanınmasına istisnayi bir fürsət yaratmışdır.

Ətraflı: 2012 Eurovision melodi festivali ilə bağlı bir uyarı!
 

AFİ, Azərbaycan təşkilatlarını, türkiyəli soydaşlarımızın Fransa səfirliyinə verəcəkləri, uydurma "erməni soyqırımını inkar edənlərə cəza" qanununa etiraz məktubuna imza atmağa çağırır!

mektupBildiyiniz kimi, 2011-ci il dekabrın 22-də Fransa parlamenti qondarma erməni soyqırımı ilə bağlı qanun təsdiqləmişdir. Bu qanunun əsasında "Qondarma erməni soyqırımını dananlara cianyət işi qaldırılacaq." Əlbəttə, bu qanunun həyata keçirilməsi üçün lazımdır Fransanın senatında təsdiqlənsin. Bu barədə 2012-ci il yanvarın 23-də Fransanın senatında bu barədə müzakirə keçiriləcək. Bu mövzu ilə bağlı İsveçdə yaşayan Türkiye türkləri bir etiraz məktubu yazıb, İsveçdəki Fransa səfirliyinə verəcəklər.

Ətraflı: AFİ, Azərbaycan təşkilatlarını, türkiyəli soydaşlarımızın Fransa səfirliyinə verəcəkləri,...
 

Böyük lider və türk dünyasının qəhrəmanı Rauf Denktaş dünyasın dəyişdi

Rauf Denktash-2Şimalı Kıbrız Türk Respublikasının birinci prezidenti  Rauf Denktaş cümə günü, 13 yanvar 2012-ci ildə uzun xəstəlikdən sonra Nikosiya şəhərində dünyasın dəyişdi. Bu məlumatı Kıbrızın indiki dövlət başqanı yaymışdır. Denktaş Kıbrızın müstəqil olmasında çıx əhəmiyyətli bir rol oynamışdır. Elə buna görə,  Kıbrızın istiqlalına inananlar Denktaşı ölkənin atası hesab edirlər. Elə bu səbəbə görə, o, 1985-ci ildən 2005-ci ilə kimi dalbadal prezident seçilmişdir.

Ətraflı: Böyük lider və türk dünyasının qəhrəmanı Rauf Denktaş dünyasın dəyişdi
 

AFİ İsveçin Uppsala şəhərində keçiriləcək antitürk təbliğata qarşı etiraz edəcək.

gunnerAldığımız məlumata görə, 17 yanvar 2012-ci ildə İsveçin Uppsala şəhərində “İsveçli gözü ilə görünən erməni genosidi” adlı kitabın təqdimatı təşkil olunacaq. Bu mərasim Uppsala kilsəsinin yardımı ilə keçiriləcək. Biz AFİ tərəfindən bu  tədbirdə iştirak edəcəyik. Əgər bu mərasimi təşkil edənlər həqiqəti bilmək istəsələr, biz onlardan izin-icazə alıb müəyyən faktlar  əsasında Xocalı faciəsi ilə bağlı informasiya çatdıracağıq.

Ətraflı: AFİ İsveçin Uppsala şəhərində keçiriləcək antitürk təbliğata qarşı etiraz edəcək.
 

31 dekabr Dünya Azerbaycanlıların Həmrəylik günü

Hemreyilik-2Günlər keçir, illər ötür. 31 dekabr Dünya Azerbaycanlıların Həmrərlik günü elanından artıq 22 il keçdi. 31 dekabr Dünya Azerbaycanlıların Həmrərlik günü çox özəl bir günə təsadüf edir. Köhnə ilin bitməsi və yeni ilin başlanması günüdür. Bu gün dünyanın bir çox yerində bütün insanlar durumlarından asılı olmuyaraq 31 dekabrı təntənəylə keçirirlər. Miladi ili təqvimi olan bütün ölkələrin insanları bu günü şənliklərlə qeyd edirlər.

Ətraflı: 31 dekabr Dünya Azerbaycanlıların Həmrəylik günü
 

AZƏRİN 21-İ GÜNEY AZƏRBAYCANIN ŞANLI BAĞIMSIZLIQ XATİRƏSİDİR!

302691 175860132506870_169003789859171_321594_745709713_nDəyərli Yurddaşlar,

Azər ayının 21-i Güney Azərbaycan qurtuluşu uğrunda unudulmaz ən parlaq günlərdəndir. 66 il bundan öncə Cəfər Pişevəri başçılığı altında Demokrat Firqə Partiyasının unudulmaz mübarizəsi nəticəsində ana yurdumuz Azərbaycanın güneyi bir il öz bağımsızlıq dadını aldı.

Ətraflı: AZƏRİN 21-İ GÜNEY AZƏRBAYCANIN ŞANLI BAĞIMSIZLIQ XATİRƏSİDİR!
 

Azərbaycan Federasiyası – İsveç AFİ-nin Tehran rejiminin Azərbaycan Cümhuriyyətinə qarşı növbəti müdaxiləsinə etiraz bəyanatı

iran state_sponsor_terrorism_102259642Bugünlərdə İran İslam ordusunun baş qərargah Komandanı, general Həsən Firuzabadi Azərbaycan dövlətini verdiyi bəyənatda hədələmişdir. İran dövləti Güney Azərbaycanda 35 milyon azərbaycanlının gözünün qarşısında özünə cürət verib rəsmi olaraq bizim müstəqil ölkəmiz olan Quzey Azərbaycan dövlətçiliyinə bir başa hücum etmişdir. Azərbaycan cümhuriyyətinin adını Aran, millətimizin qanını türk yox iranlı qanı bilən bu generallar təkcə 9 milyon Quzey Azərbaycan türkünə yox 50 miljon Azərbaycan türkünə cavab verməlidirlər.

Ətraflı: Azərbaycan Federasiyası – İsveç AFİ-nin Tehran rejiminin Azərbaycan Cümhuriyyətinə qarşı növbəti...
 

Güney Azərbaycanın göz bəbəyi olan Urmu dənizini qurumaq təhlükəsindən qurtaraq

urmu-gole-1Mübarizə davam edir və edəcək, yenə də Azərbaycan və yenə də İranın rasist və şovonist dövləti üz üzə gəlmiş durumda, yenə də tarix boyu baş uca yaşayan Azərbaycan türk milləti ağır sınav və imtahan qarşısındadır.

Ətraflı: Güney Azərbaycanın göz bəbəyi olan Urmu dənizini qurumaq təhlükəsindən qurtaraq
 

Azərbaycan Federasiyası – İsveç AFİ-nin Tehran rejiminin Azərbaycan Cümhuriyyətinə qarşı növbəti müdaxiləsinə etiraz bəyanatı

Bildiri-1Bugünlərdə İran İslam ordusunun baş qərargah Komandanı, general Həsən Firuzabadi Azərbaycan dövlətini verdiyi bəyənatda hədələmişdir. İran dövləti Güney Azərbaycanda 35 milyon azərbaycanlının gözünün qarşısında özünə cürət verib rəsmi olaraq bizim müstəqil ölkəmiz olan Quzey Azərbaycan dövlətçiliyinə bir başa hücum etmişdir. Azərbaycan cümhuriyyətinin adını Aran, millətimizin qanını türk yox iranlı qanı bilən bu generallar təkcə 9 milyon Quzey Azərbaycan türkünə yox 50 miljon Azərbaycan türkünə cavab verməlidirlər.

Ətraflı: Azərbaycan Federasiyası – İsveç AFİ-nin Tehran rejiminin Azərbaycan Cümhuriyyətinə qarşı növbəti...
 

Azərbaycan Federasionu İsveç-AFİ nin son günlərdə Güney Azərbaycanda tutuqlanan soydaşlarımıza dəstək bildirisi

mehbuslar 800x558Son günlərdə xəbərlərdə yayıldığı kimi İran rasist və şovenist dövləti Güney Azərbaycanda geniş çapda tutuqlama və boğanaq dalğası yaradaraq aktiv və çalışqan soydaşlarımızdan bəzilərini tutuqlamışdır.

Güney Azərbaycan yeni şer və ədəbiyyatı sahəsində böyük izlər buraxmış şair və yazar cənab Səid Muğanlı , milli çalışqan və insan haqları savunucusu və müdafiəçisi cənab Səid Nəimi , universitet öyrətməni və müəllimi cənab Əlirza Fərşi və onun həyat yoldaşı Sima Didar ,

Ətraflı: Azərbaycan Federasionu İsveç-AFİ nin son günlərdə Güney Azərbaycanda tutuqlanan soydaşlarımıza...
 

Azərbaycan Federasionu İsveç-AFİ Norveçdə yaşanan insanlıq dışı terror əməliyyatını qınayır və Norveç milləti habelə dövlətinə başsağlığı diləyir

Norvecdeki20terror20emeliyyatlarini20qinayirikTerror hər yerdə və hər kəsin və ya qrupun vasitəsilə həyata keçirilirsə məhkumdur və qınaq gətirən əməldir.

Bu dəfə terrorun hədəf aldığı ölkə gəlişmiş və inkişaf etmiş Avropa ölkələrindən biri olan Norveç oldu, bu olay göstərdi ki terrorun dini, dili və irqi olmaz, terror hər yerdə və kəs və ya qrupun əli ilə həyata keçə bilər.

Ətraflı: Azərbaycan Federasionu İsveç-AFİ Norveçdə yaşanan insanlıq dışı terror əməliyyatını qınayır və...
 

Stockholmdakı Azərbaycan səfirliyi önündə keçiriləcək mitinq barədə AFİ-nin bəyaniyyəsi

logo afi_Son_yazisizAzərbaycan Federasiyası – İsveç, AFİ,

Azərbaycan Respublikasının səfirliyi qarşısında keçiriləcək hər hansı etiraz-mitinqininin Azərbaycanın düşmənlərini sevindirəcəyinə inanır!

Dəyərli azərbaycanlılar,

İsveçdə Azərbaycan Respublikası səfirliyinin qarşısında bir qrup tərəfindən etiraz-mitinginin keçirilməsi xəbəri elektron vasitə və sosial şəbəkələrdə müəyyən qədər yayılmışdır. Qeyri-siyasi, müstəqil və ictimai təşkilat olan Azərbaycan Federasiyası – İsveç (AFİ) olaraq bildirməyi özümüzə borc bilirik ki, Azərbaycanımızın müstəqilliyini təmsil edən səfirliyimizin üzərində dalğalanan bayrağımız qarşısında planlaşdırılmış etiraz-mitinqi, Azərbaycan xalqına və dövlətçiliyinə mütləq zərərvericidir.

Ətraflı: Stockholmdakı Azərbaycan səfirliyi önündə keçiriləcək mitinq barədə AFİ-nin bəyaniyyəsi
 
flag-azerbaijan flag-turkiye  flag-sweden flag-britain



   Sefirlik-logo

    forum-logo

   Isvec-Postasi

Free business joomla templates